Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in və tabeliyində olan tibb müəssisələri haqqında ümumi məlumat

“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs Sabirabad rayonu Qalağayın kəndində yerləşir.

28 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza səfəri çərçivəsində tikintisi başa çatdırılmış 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmiş, xəstəxananın rəmzi açılışını bildirən lenti kəsmiş, ictimaiyyətin nümayəndələri ilə görüş keçirmişdir.

Hazırda Mərkəzi Xəstəxana 246 çarpayı yerlikdir.

  1. Cərrahiyyə şöbəsi - 60 çarpayı (Qulaq-burun-boğaz və göz palataları ilə birlikdə)
  2. Aneztezialogiya və Reanimasiya şöbəsi - 10 çarpayı
  3. Terapiya şöbəsi - 45 çarpayı
  4. Yoluxucu xəstəliklər şöbəsi - 15 çarpayı
  5. Sabirabad Regional Perinatal Mərkəz - 71 çarpayı
  6. Pediatriya şöbəsi - 20 çarpayı
  7. Vərəm əleyhinə xəstəxana - 25 çarpayı
  8. Poliklinika şöbəsi
  9. TTTYS şöbəsi

Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin nəzdində Təcili-Tibbi Yardım Stansiyası fəaliyyət göstərir.

Sabirabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin yerlərdə 71 tibb müəssisəsi fəaliyyət göstərir.

Bunlardan həkim məntəqəsi- 32

Tibb məntəqəsi – 39

Sabirabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə 928 nəfər işçi çalışır.

Bunlardan həkim 94 nəfər, orta tibb işçisi 342 nəfər.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının tibb müəssisələrindən Sabirabad Regional Perinatal Mərkəzi müasir tibbi-diaqnostik avadanlıqlarla təchiz edilməklə Respublika Səhiyyə Nazirliyi tərəfindən, Yolçubəyli kənd həkim məntəqəsi Yapon Səfirliyi tərəfindən, Əsgərbəyli kənd tibb məntəqəsi Fövqaladə Hallar Nazirliyi tərəfindən, Həşimxanlı, Mürsəlli, Quruzma kənd həkim məntəqələri, Yastıqobu, Qəfərli, Osmanlı, Kürkəndi kənd tibb məntəqələri QHT təşkilatı tərəfindən tikilib istifadəyə verilmişdir. Qasımbəyli kənd həkim məntəqəsi FHN-i tərəfindən tikilmişdir.

Keçidlər