Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) 2011-ci ildən fəaliyyət göstərir.

UADM tərəfindən ailə, qadın və uşaq məsələləri sahəsində müxtəlif sosial layihə və proqramlar həyata keçirilir, həssas təbəqədən olan şəxslər, eləcə də məişət zorakılığı, erkən və qohum evliliyi, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, həmçinin ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, ailə və gender mədəniyyətinin formalaşdırılması üzrə əhalinin maarifləndirilməsi, valideynlik bacarıqlarının və mütəxəssislərin peşəkarlığının artırılması istiqamətində təlim və tədbirləri təşkil edir.

Mərkəzdə direktor, baş mühasib,  sosial pedaqoq və sosial iş üzrə mütəxəssis çalışır.

 

ÜNVAN:                      Sabirabad şəhəri 20 Yanvar küçəsi 16

ƏLAQƏ NÖMRƏSİ:   (021) 238-84-13

ELEKTRON ÜNVAN: sabirabaduadm@gmail.com

Keçidlər