Rayon haqqında
İdman
Sabirabad rayon Gənclər və İdman İdarəsi 1994-cü ildən fəaliyyət gostərirdi. Hal hazırda 05 iyul 2023-cü ildən 4 rayon əhatə edərək Mİl-Muğan Regional Gənclər və İdman İdarəsi kimi fəaliyyətə başladığı müddətdən idarə bütün idman təşkilatlarını ətrafında birləşdirmişdir.
İdmanın inkişaf etdirilməsi ilə bağlı 2008-ci ildə cənab Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Sabirabad Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. Sabirabad Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi Sabirabad rayonunun inkişafına böyük töhfə vermişdir. Belə ki, hal hazırda Sabirabad Olimpiya İdman Kompleksində cüdo, sərbəst güləş, boks, minifutbol, karate, trenajor, stolüstü tennis, atletika idman növləri tədris olunur.
FUTBOL: Hal hazırda rayonumuzda süni örtüklü iki usaq futbol meydançası və “Sağlam” məhəllə inşa edilmişdir. Rayonumuzda üç yaş qrupunda uşaq futbolu fəaliyyət göstərir.
GÜLƏŞ: Hal hazırda 500 yaxın yeniyetmə və gənc sərbəst və Yunan-roma güləşi üzrə idman növü ilə məşğul olurlar. Bu güləşçilərdən respublika, avropa və dünya çempionları Varis Medizadə, Səyyad Nağızadə, Yusif Əhmədlini misal göstərmək olar. Sərbəst güləş idman növü ilə Sabirabad OİK, regional Təhsil şöbəsinin UGİŞM-də məşğul olurlar.
BOKS: Boks İdman növü rayonumuzda on dörd ildir yaranıb. Bu idman növü ilə 55 yaxın yeniyetmə və gənc məşğul olur. Bu boksçulardan respublika çempionları Səməd Həsənzadə,Seymur Abışov,Riyad Cəbrayılzadə misal göstərmək olar.
KARATE: Karateçilərimiz respublika çempionatlarının iştirak edərək, müxtəlif yarışların qalibi olublarlar. Hazırda “Zərbə” karate do idman klubundan 40-dan çox idmançı karatenin müxtəlif növləri ilə məşğul olmaqdadır.
ATLETİKA: Atletika idman növü rayonun orta məktəblərində daha çox yayılmışdır. Bu idman növü üzrə respublika çempionu Rüfət Mehdiyevdir. Hal hazırda Sabirabad rayonunda Muğan ağır atletika idman klubu fəaliyyət göstərir ki, burda 50-dən çox idmançı və həvəskar atletikanın müxtəlif növləri ilə məşğul olurlar.
CÜDO: Sabirabadda cüdo təlim mərkəzi fəaliyyət göstərir ki, burada müxtəlif yaş qruplarında 80 nəfəri oğlan 40 nəfəri qız olmaqla cüdo üzrə idman dərsləri alırlar. Yeni fəaliyyətə başlayan mərkəzdə cüdo ilə məşğul olan idmançılar müxtəlif respublika və beynalxalq turnirlərdə iştirak edirlər.
MMA, Pankration və Grappling: Sabirabad rayonunda qaydasız döyüş növü üzrə iki idman klubu fəaliyyət göstərir. Bunlardan “Murad Mirzəyev” adına MMA idman klubunda 50 nəfər, “Hasanov Team” klubunda isə 30-a yaxın yeniyetmə və gənc qaydasız döyüş növü üzrə idman təhsili alırlar. Bu döyüş növü üzrə müxtəlif dərəcəli yaş qruplarında respublika çempionlarımız var: Nuruzədə Nicat, Ağayev Əli, Şixaliyev İbrahim, Sadiqov Hüseyin, Ağayeva Fidan, Bağirov Hüseyin, Ağayev Əli həm də MMA döyüş növü üzrə dünya üçüncüsüdür.
GİMNASTİKA: Gimnastika idman növü rayonda yeni fəaliyyətə başlamışdır.
Stolüstü tennis və üzgüçülük idman növü də rayonumuzda fəaliyyət göstərir.
.jpg)






