Şriftin ölçüsü :

Saytın rəngi :

Açıq məlumatlar

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində görülmüş işlər barədə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti hesabına ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın  artırılması, ictimai nəzarətin gücləndirilməsi və ictimai iştirakçılılığın genişləndirilməsi sahəsində islahatlar uğurla davam etdirilir.

Dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin davamlığını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən əməli işlər görülməkdədir.

“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə İş Planı təsdiq edilmişdır.

Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlərin keçirilməsi istiqamətində qeyri-hökumət təşkilatlarının layihə və təşəbbüslərinə dəstək prioritet istiqamət kimi diqqətdə saxlanmış, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına mütəmadi dəstək göstərilmiş, qeyri-hökumət təşkilatları ilə dövlət orqanları arasında əməkdaşlıq inkişaf etdirilmişdir.

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi dövründə müəyyən edilmiş qaydalara riayət etməklə korrupsiyaya qarşı mübarizə, dövlət qulluğunda dürüstlük,  onların həll yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və başqa məsələləri əhatə edən təlim və treninqlər keçirilmiş, toxunulan məsələlər üzrə geniş müzakirələr aparılmışdır. 
               
Dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə dövlət xidməti və həmin xidmətlərin göstərilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı rayon İcra Hakimiyyətinin internet saytında yerləşdirilmişdir. Vətəndaşların dövlət orqanlarına gəlmədən həmin sənədlərin elektron formada təqdim etmə imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.     
                          
Milli Fəaliyyət Planına uyğun olaraq şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin elektron qaydada qəbul edilməsi ilə bağlı elektron poçt ünvanı yaradılmış, müraciətlərin elektron qaydada qəbul edilməsi işinin təkmilləşdirilməsi, göstərilən elektron xidmətlərin sayının artırılması ilə əlaqədar zəruri tədbirlərin görülməsi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq şəhər İcra Hakimiyyəti yanında vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət İctimai Şura yaradılmış və fəaliyyətə başlamışdır. 

İctimai maraq kəsb edən (abad məhəllələrin salınması, park və xiyabanların yenidən qurulması, şəhər ərazisində sərnişin daşımalarının təkmilləşdirilməsi, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, maddi yardımların verilməsi və s.) qərarların qəbulu prosedurlarında dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının rolu artırılmış, onların İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Komissiyaların, İşçi Qrupun keçirilən iclaslarda fəal iştirakı təmin edilmişdir.  

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində işlər davam etdirilir.

Keçidlər