İnfrastruktur
Poçt və Rabitə
Sabirabad rayonunda 24 Avtomat Telefon Stansiyası vasitəsilə əhaliyə telefon-rabitə xidməti göstərilir. Bütün kordinat tipli ATS-lər elektron tipli ATS-lərlə əvəz olunmuşdur. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı bir sıra işlər görülmüşdür. Telefon rabitə xidmətinin daha da yaxşılaşdırılması üçün bir sıra EATS-lərdə daxili xətt şəbəkəsində təmir işləri aparılmışdır,kabel,hava veriliş xətləri və dayaqlar dəyişdirilmişdir.2024-cü ilin yekununda rayonun şəhər və kəndlərinə GPON telefon xətti çəkilmişdir. Əhalinin genişzolaqlı internet xidmətinə olan təlabatı nəzərə alınaraq kəndlərdə genişzolaqlı internet şəbəkəsinin yaradılması və rabitə xidmətinin yaxşılaşdırılması işləri yekunlaşmışdır.
Sabirabad Poçt filialının nəzdində 3 şəhər poçt şöbəsi, 35 kənd şöbəsi, 8 poçt agentliyi və Zəngilan rayonundan olan məcburi köçkünlər üçün rayonun Rüstəmli kəndində salınmış qəsəbədə poçt agentliyi fəaliyyət göstərir. Poçt şöbələri tərəfindən əhaliyə 41 növ poçt-rabitə xidməti göstərilir.






