Şriftin ölçüsü :

Saytın rəngi :

Görülmüş işlər

Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış
Apellyasiya Şurasının 2016-cı ilin birinci yarımili ərzində
gördüyü işlərə dair

Hesabatı

«Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyətləri orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində rayon İcra Hakimiyyətində zəruri tədbirlər görülərək rayon İcra Hakimiyyəti başçısının 12 fevral 2016-cı il tarixli 07 və 08 saylı sərəncamları ilə rayon Apellyasiya Şurasının və katibliyinin tərkibi formalaşdırılaraq təsdiq olunmuş, Şuranın tərkibi barədə Prezident yanında Apellyasiya Şurasına elektron məlumatlar təqdim olunmuşdur.
Rayon İcra Hakimiyyətində yaradılmış Apellyasiya Şurası 2016-cı ilin birinci yarımili ərzində bu istiqamətdə müəyyən işlər görmüş, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı təkrar şikayətlərinə Apellyasiya Şurasında baxılması prosesinin sistemli şəkildə aparılması üçün  üzvlər arasında iş bölgüsü aparmış, yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamədə və təqdim olunmuş «Metodiki təlimat»da qeyd olunan tələblərə əməl olunmasını nəzarətdə saxlamışdır.  Bundan əlavə Şuranın üzvləri rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla vaxtaşırı görüşlər təşkil etməklə sözügedən fərmanın icrası ilə bağlı sahibkarlar arasında izahat işləri aparmış, onları yaradılmış imkan və  şəraitdən isifadə edərək pozula biləcək hüquqlarının bərpası ilə bağlı  fəal olmağa çağırmış, rayon Apellyasiya Şurasına müraciət etmələrinin mümkünlüyü nəzərlərinə çatdırılmışdır.
Bununla yanaşı qeyd olunmalıdır ki, rayon İcra Hakimiyyətində yaradılmış Apellyasiya Şurasına 2016-cı ilin birinci yarımili ərzində rayon ərazisində sahibkarlıq fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən  özlərinin sahibkarlıq fəaliyyətlərinin təmin olunması ilə bağlı rayon İcra hakimiyyəti başçısının, müavinlərinin, şəhər və kənd İƏD üzrə nümayəndələrinin, yanında olan qurumların və tabeliyində olan təşkilatların rəhbərlərinin qərarından, əmrindən, sərəncamından, hərəkət və hərəkətsizliyindən şikayət, o cümlədən təkrar şikayət daxil olmamışdır.
Sabirabad rayon İcra Hakimiyyəti yanında yaradılmış Apellyasiya Şurası rayon ərazisində sahibkarlıq fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən sahibkarlıq fəaliyyətlərinin təmin olunması ilə bağlı daxil olacaq bütün təkrar müraciətlərə baxılması sahəsində üzərinə düşən vəzifələri bundan sonra da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edəcəkdir.

 

Sabirabad rayon Apellyasiya Şurasının sədri,
rayon İcra Hakimiyyəti başçısının müavini-
Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri:Vahid Həsənov
 

Keçidlər