İcra Hakimiyyəti
Fəaliyyət
Gələcəkdə görüləcək infrastruktur layihələr.
- Kanalizasiya sisteminin yenidən qurulması.
- Rayon mərkəzində çirkab sular yığınağı olan “Axmaz” adlanan 30 hektar ərazinin qurudulmasının başa çatdırılması.
- Sarxanbəyli - Rüstəmli - Nizami - Çöl Ağaməmmədli - Çiçəkli - Salmanlı yolunun yenidən qurulması işlərinə başlanılmamışdır.
- 44 minə yaxın əhalisi olan 18 yaşayış məntəqəsini birləşdirən 36 km uzunluğunda Sabirabad - Axtaçı Muğan - Şirvan avtomobil yolunda əsaslı təmir işlərinin aparılması
- 7 min əhalinin yaşadığı 11 kənddə ( Rüstəmli, Nəsimi, Hacıbəbir, Qardaşkənd, Çöl Dəllək, Çöl Beşdəli, Zalqaraağac, Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Çöl Ağammədli ) təbii qaz xəttinin çəkilişi
- 85 min əhalinin yaşadığı 46 kənddə elektrik təsərrüfatında yenidənqurma işlərinə ehtiyac vardır (həmin kəndlərdə ötən əsrin 60-cı illərində çəkilən xətlərdir). «SMART kart» tipli sayğacların quraşdırılması.
- 85 ümumtəhsil məktəbindən 60-nın tikintisinə və ya əsaslı təmirinə ehtiyac vardır.Eyni zamanda bu məktəblərdən 3-ü qəzalı, 4-ü isə yararsızdır. 8 məktəbdə isə 980 şagird yerlik 31 əlavə sinif otağının tikintisi.
- 8 yeni uşaq bağçasının tikintisi və 6-nin əsaslı təmiri.
- Hər biri 15 çarpayılıq olmaqla Yaxa Dəllək, Axısxa və Nizami kənd sahə xəstəxanalarının, 16 kənd həkim məntəqələrinin tikintisi. 15 çarpayılıq Qaratəpə kənd sahə xəstəxanasının, 10 kənd həkim məntəqələrinin əsaslı təmiri.
- Ü.Hacıbəyov adına Uşaq Musiqi məktəbində 5 əlavə sinif otağının tikintisi
- 11 kənddə (Yastıqobu, Azadkənd, Çığırğan, Minbaşı, Qaraağac, Yaxa Dəllək, Beşdəli, Cəngan, Salmanlı, Çiçəkli və Dadaşbəyli) içməli su xəttinin çərilməsi.
- Rayon mərkəzində üç 60 mənzilli və üç 30 mənzilli yaşayış binasının tikilməsi.