Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və Rabitə

Sabirabad rayonunda 24 Avtomat Telefon Stansiyası vasitəsilə əhaliyə telefon-rabitə xidməti göstərilir. Bütün kordinat tipli ATS-lər elektron tipli ATS-lərlə əvəz olunmuşdur. ATS-lərin 8926 montaj tutumundan 7697-i istifadə edilir. Gələcəkdə 1229 abonent bu növ rabitə xidmətindən istifadə edə bilər. Rayonda 4708 Aztelekom net Özəl provayderlər 2380 montaj tutumu olan genişzolaqlı internet xidmətindən özəl provayderlərlə birlikdə 6358 abonent istifadə edir. İnternetdən istifadə edilməsi  üçün 730 boş port mövcuddur. 1 şəhər və 23 kənd ATS-nin hər birində internet xidməti göstərilir. Sabirabad rayonunda da əhaliyə göstərilən internet xidmətinin yaxşılaşdırılması məqsədilə avadanlıqlar daha müasir avadanlıqlara əvəz olunur. Görülən tədbirdən sonra internet xidmətinin sürəti artacaqdır. Kəndlərdə geniş zolaqlı internet şəbəkəsinin yaradılması və rabitə xidmətinin yaxşılaşdırılması üçün bir sıra kənd ATS-lərində 48 portallıq DSLAM tipli avadanlıq quraşdırılaraq abunəçilərə yüksək sürətli internet xidməti göstərilir.2021-ci ildə 117 abonent üçün telefon xətti çəkilmişdir ki, bunun da  26-ı şəhər, 91-i isə kənd ərazilərində olmuşdur.

Sabirabad Poçt filialının nəzdində 3 şəhər poçt şöbəsi, 35 kənd şöbəsi, 8 poçt agentliyi və Zəngilan rayonundan olan məcburi köçkünlər üçün rayonun Rüstəmli kəndində salınmış qəsəbədə poçt agentliyi fəaliyyət göstərir. Poçt şöbələri tərəfindən əhaliyə 41 növ poçt-rabitə xidməti göstərilir.

Keçidlər