Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

Sabirabad rayon Gənclər və İdman İdarəsi 1994 –cü ildən fəaliyyət gostərir. Fəaliyyətə başladığı müddətdən idarə bütün idman təşkilatlarını ətrafında birləşdirmişdir.
İdmanın inkişaf etdirilməsi ilə bağlı 2008-ci ildə cənab prsizdentimiz İlham Əliyevin təşəbbüsü ilə Sabirabad Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.
Saborabad OİK –nin istifadəyə verilməsi Sabirabad rayonunun inkişafına böyük töhfə vermişdir. Beləki hal hazırda Sabirabad Olimpiya İdman Kompleksində sərbəst güləş, boks, mini futbol, karate, trenajor, stolüstü tennis, üzgüçülük, atletika idman növləri tədris olunur. Sabirabad rayon gənclər və idman idarəsinin fəaliyyəti ilə bağlı məlumatları idarənin rəsmi internet səhifəsindən əldə etmək olar.

FUTBOL: Hal hazırda rayonumuzda süni örtüklü bir usaq futbol meydançası inşa edilmiçdir. İkinci sünü örtüklü meydançanın inşasına start verilmişdir. Rayonumuzda üç yaş qrupunda uşaq futbolu fəaliyyət göstərir. Rayonun Futzal komandası isə ölkə çümpionatında oynayır.

: Bu idman növünə maraq rayonumuzda daha böyük maraq var. Hal hazırda 500 yaxın yeniyetmə və gənc sərbəst güləş üzrə idman növü ilə məşğul olur. Bu güləşçilərdən respublika çempionları Seyfulla Mehdiyevi, Vüqar Kərimovu, Şahin Abbasovu misal göstərmək olar. Sərbəst güləş idman növü ilə Sabirabad OİK, “Məhsul” KKİC-nin UGİM, rayon Təhsil şğbəsinin UGİM məşğul olurlar.

BOKS: Boks İdman növü rayonumuzda iki ildir yaranıb. Bu idman növü ilə 50 yaxın yeniyetmə və gənc məşğul olur.

KARATE: Karateçilərimiz respublika çmpionatlarının iştirak edərək, müxtəlif yarışların qalibi olublarlar

ATLETİKA: Atletika idman növü rayonun orta məktəblərində daha çox yayılmışdır. Bu idman növü üzrə respublika çempionu Rüfər Mehdiyevdir.

Stolüstü tennis və üzgüçülük idman növü isə rayonumuzda yeni inkiçaf etdirilməyə başlamışdır.

Sabirabad rayon gənclər və idman idarəsi haqqında məlumatları idarənin rəsmi internet səhifəsindən öyrənə bilərsiniz. (www.sabirabad.gii.az)
 

Keçidlər