Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri Emin Əmrullayev Sabirabadda STEAM Mərkəzinin açılışında iştirak edib

24 yanvar 2022 | 16:00

Sabirabad şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə yaradılan STEAM Mərkəzinin açılışı olub. 

Mərkəzdə yaradılmış şəraitlə tanış olan tədbir iştirakçılarına bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Sabirabad rayonunun kəndlərindən, eləcə də Saatlı və digər qonşu rayonlardan olan məktəblilərin də bu Mərkəzdən faydalanması nəzərdə tutulur. 

Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.

Keçidlər