Təhsil naziri Emin Əmrullayev Sabirabadda Təhsil naziri Sabirabadda Nizami kənd tam orta məktəb binasının əsaslı təmirdən sonra açılışında iştirak edib
Yanvarın 24-də təhsil naziri Emin Əmrullayev Sabirabad rayonuna səfər edib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Səfər çərçivəsində Sabirabad rayonu Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Emin Əmrullayev, millət vəkilləri Kamal Cəfərov, Ramin Məmmədov, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak edib.
Tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. 19 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, 2 informatika, çağırışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 96 yerlik akt zalı, idman zalı, kitabxana və 100 yerlik yeməkxana fəaliyyət göstərəcək.