Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir

28 may 2021 | 16:00

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi hadisə olmuşdur. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb və milli dövlətçilik ənənələrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlament tipli respublika idi. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, dövlət bayrağı, himni və gerbi qəbul edilib, ana dilimiz dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər reallaşdırılıb, elm və təhsilin, mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Lakin çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici hərbi müdaxilə nəticəsində süquta uğradı.

Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və Ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. 

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva həmişə milli dövlətçilik tariximizin şanlı və parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, Cümhuriyyət liderlərinin xatirəsinə böyük diqqət və hörmətlə yanaşırlar.

Dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağ uğrunda aparılan Vətən Müharibəsində şanlı Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hamımıza böyük sevinc,qürur hissi yaşadır.Məhz bu böyük tarixi Qələbə nəticəsində xalqımız bu il 28 May - Respublika Gününü yüksək əhvali-ruhiyyədə qeyd edir.

Azərbaycan xalqının Vətən Müharibəsində böyük tarixi Qələbə qazanmasında şəhidlərimizin misilsiz xidmətləri var. Xalqımızın qəhrəman şəhid övladlarının canı,qanı bahasına,eləcə də igid əsgər və zabitlərimizin cəsarəti,hünəri,mərdliyi sayəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü təmin edildi. Vətən müharibəsinin şəhidləri öz adlarını xalqımızın tarixinə əbədi yazdılar. Şəhidlərimizin xatirəsi həmişə bizim üçün əzizdir,ucadır, yüksəkdir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə şəhid adını uca tutur, onların ailələrinə,eləcə də Vətən Müharibəsi iştirakçılarına və bu qəbildən olan bütün vətəndaşlara ali diqqət və qayğı göstərirlər.

Keçidlər