Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda mobil qruplar tərəfindən növbəti reyd keçirilib

18 avqust 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Sabirabad rayon İcra Hakimiyyəti yanında yaradılan "mobil qrup” tərəfindən rayonun mərkəzində əhalinin sıx toplaşdığı ərazilərdə növbəti dəfə vətəndaşlarla maarifləndirmə işləri aparılıb. Xüsusi karantin rejiminin davam etdirilməsi ilə əlaqədar Sabirabad Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup tərəfindən keçirilən reyd çərçivəsində rayon sakinlərinə, yaşlılara, rayon ərazisində fəaliyyət göstərən sahibkarlara və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyə olunub, onlarla maarifləndirici söhbətlər aparılıb və vətəndaşlara koronavirus pandemiyasından qorunmaq üçün qaydalar izah olunub. Ticarət obyektlərində maskadan və digər qoruyucu vasitələrdən istifadə olunmaq tövsiyyə olunub. Aksiyanı razılıq hissi ilə qarşılayan vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirdilər.

 

Keçidlər