Şriftin ölçüsü :

Saytın rəngi :

Xəlfəli kəndində səyyar qəbul keçirilmişdir

23 oktyabr 2018 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Xəlfəli kənd sakinləri ilə görüşmüşdür.

Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə məşğul olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Nazim İsmayılov açaraq ölkəmizdə və rayonumuzda görülmüş quruculuq işlərindən ətraflı bəhs etmişdir. Şəhriyar kənd inzibati ərazi dairəsinin infrastruktur sisteminin yaxşılaşdırılması məqsədilə görülmüş tədbirləri diqqətə çatdırmış, aqrar sahədə qazanılmış uğurlardan danışmışdır. Qeyd etmişdir ki, Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə ötən il 553 hektar sahədə pambıq əkilmiş, hər hektardan 22,3 sentner məhsul götürülmüşdür. Cari ildə 600 hektar sahədə pambıq əkilib -becərilmiş, bol məhsul yetişdirilmişdir. İndi əsas vəzifə yetişdirilmiş məhsulu vaxtında və itkisiz yığmaqdan ibarət olmalıdır. Hazırda nümayəndəlik yığım cədvəlinin birinci pilləsində gedir. Ötən ilki göstəriciləri daha da yaxşılaşdırmaq məqsədilə səylər artırılmalıdır. Hər hektardan daha yüksək məhsul götürmək üçün pambıq son qozasınadək yığılmalıdır.

Tədbirdə RİHB-nin Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mənsimalı Heydərovun məlumatı dinlənilmişdir.

Kənd sakinləri çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, aqrar sahənin, xüsusilə pambıqçılığın daha da inkişaf etdirilməsi məqsədilə yeni töhfələr verməyi vəd etmişlər.

İcra başçısı səyyar qəbulda qaldırılan məsələlərin icrasıını nəzarətə götürmüşdür.

 

Keçidlər