Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilmişdir

21 iyul 2018 | 16:00

Sabirabad rayonunun Heydər Əliyev Mərkəzində Milli Mətbuatımızın 143-cü ildönümü münasibətilə “Suqovuşan” qəzeti kollektivinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov jurnalistləri Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik etmiş və Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonrakı dövrdə milli mətbuatımızın tərəqqisi dövrü başlanmışdır. Mətbuatımızın azad, sərbəst fəaliyyət  göstərməsi üçün Heydər Əliyev 1998-ci ildə senzuranı ləğv etmiş, 1999-cu ildə «Kütləvi İnformasiya vasitələri haqqında» qanun qəbul edilmişdir. Ulu öndərin mətbuat-dövlət münasibətləri sahəsində təməlini qoyduğu siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin Fərmanı ilə 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaraldılması mətbuatın inkişafı istiqamətində atılan mühüm addım olmuşdur. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ildə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılmışdır. 2013-cü il iyulun 22-də cənab cənab Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etmişdir. Ötən il isə milli mətbuatın yaranmasının 142-ci ildönümündə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün ikinci binanın təntənəli açılış mərasimi keçirilmiş və üçüncü binanın təməlqoyma mərasimi baş tutmuşdur. Dövlət başçısının mətbuata qayğısının daha bir təzahürü bu il iyulun 16-da Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalaması olmuşdur.

Digər çıxış edənlər - rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, Mərkəzi rayon xəstəxanasının baş həkimi Yusif Quliyev, Sabirabad Regional Mədəmiyyət idarəsinin müdiri Əhməd Ramazanov və başqaları yerli qəzetin əməkdaşlarını təbrik etmişlər.

«Suqovuşan» qəzetinin baş redaktoru Namizəd Əliyev də ölkəmizdə mətbuat sahəsində qazanılan uğurlardan söz açmışdır. Yerli qəzetin rayonun sosial-iqtisadi həyatının işıqlandırılmasıdakı rolundan bəhs etmiş və dövlət başçısına onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Keçidlər