Şriftin ölçüsü :

Saytın rəngi :

Ulacalı kəndində əhali ilə görüş keçirilmişdir

24 aprel 2018 | 16:00

Aprelin 24-də Ulacalı kənd tam orta məktəbində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Ulacalı kəndinin sakinləri ilə görüşmüşdür. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə Respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə inkişaf vardır. O pambıqçılıq sahəsində əldə olunmuş uğurlu nəticələrdən, o cümlədən əhalinin məşğulluğunun təmin edilməsində, kənd sakinlərinin rifah halının yaxşılaşdırılmasında pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsinin mühüm əhəmiyyətindən danışmış, eyni zamanda yol verilmiş nöqsanlardan da bəhs etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, nöqsanlardan ciddi nəticə çıxarılmalı, torpaqlardan səmərəli istifadə edilməli, növbəli əkin sistemi yaradılmalıdır.

Görüşdə RİHB-nin Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Babayevin məlumatı dinlənilmişdir.

Kənd sakinləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı təkliflərini vermişlər.

Keçidlər