Şriftin ölçüsü :

Saytın rəngi :

Serbiya Respublikasının səfiri rayonumuzda olmuşdur

19 dekabr 2017 | 16:00

Dekabrın 19-da Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç  rayonumuzda olmuşdur. Səfirin əsas məqsədi ikinci dünya müharibəsi zamanı bir sıra Avropa ölkələrini faşistlərdən xilas etmiş, o cümlədən Belqradın azad olunmasında igidliklə vuruşmuş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyasının yeganə sağ qalmış döyüşçüsü Zülfəli Əliyevlə görüşmək idi. Səfir Neboyşa Rodiç Zülfəli Əliyevin yaşadığı mənzilə gələrək onunla çay süfrəsi arxasında səmimi söhbət etmişdir.

Zülfəli Əliyev keçdiyi döyüş yolundan maraqlı, yaddaqalan epizodlar danışmışdır. Neboyşa Rodiç Zülfəli Əliyevə qiymətli hədiyyələr vermişdir. O göstərilən diqqət və qayğıya görə Serbiyanın səfiri Neboyşa Rodiçə və rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova minnətdarlığını bildirmişdir.

Keçidlər