Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda kino mövsümünün açılışı «Heydər Əliyev-mədəniyyətimizin hamisi» adlı filmin nümayişi ilə başlanmışdır

15 sentyabr 2017 | 16:00

Sentyabrın 15-də Sabirabad rayon Mədəniyyət Mərkəzində ölkəmizdə kino mövsümünün açılış günü ilə bağlı tədbir keçirilmişdir. Sabirabad Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Əhməd Ramazanov tədbirdə çıxış edərək qeyd etmişdir ki, «Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2008-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə tədbirlər planı hazırlanmış, hər il 15 sentyabr ölkəmizdə kino mövsümünün açılışı günü kimi qeyd olunması nəzərdə tutulmuşdur. Kino mövsümünün açılışı ilə əlaqədar Sabirabad Regional Mədəniyyət və Turizm idarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində də bu gündən kino nümayişinə başlanmışdır. Mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində Ümummilli Lider Heydər Əliyevin misilsiz fəaliyyətini nəzərə alaraq bu gün kino mövsümünün açılışına «Heydər Əliyev-mədəniyyətimizin hamisi» adlı filmin nümayişi ilə başlanır.

Sonra həmin filmin nümayişi olmuşdur.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin nümayəndəsi Zəbulla Quliyev və digər vəzifəli şəxslər iştirak etmişlər. 

Keçidlər