Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda pambıq yığımına həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir

08 sentyabr 2017 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində pambıq yığımı ilə əlaqədar muşavirə keçirilmişdir. Tədbirə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şirkət təmsilçiləri, qərargah üzvləri, kənd təsərrüfatına xidmət edən müəssisələrin, idarə və təşkilatların rəhbərləri dəvət edilmişdilər.
Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur. Ölkə rəhbəri pambıqçılığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Bütün bunlar isə kənddə yaşayanların maddi vəziyyətlərinin yaxşılaşmasına xidmət edir.
N.İsmayılov vurğulamışdır ki, cari ildə rayonda 15 min hektardan çox sahədə pambıq əkilmişdir. Sahələrə aqrotexniki qaydada qulluq edilmiş, bol məhsul yetişdirilmişdir. İndi əsas vəzifə gərgin zəhmət bahasına yetişdirilmiş məhsulu vaxtında və itkisiz yığmaqdan ibarət olmalıdır. Bu günə qədər tarlalardan 283 ton pambıq toplanmışdır. Bu isə olduqca azdır. Pambığın son qozasınadək yığılıb tədarük məntəqələrinə göndərilməsi üçün bütün qüvvələr səfərbər olunmalıdır. Pambıqyığan maşınların gücündən maksimum səmərəli istifadə edilməlidir. Pambıq yığımının sürəti artırılmalıdır. Eyni zamanda gələn ilin məhsulu üçün sahələr də indidən müəyyənləşdirilməlidir.
Yığıncaqda rayon Kənd təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubovun məlumatı dinlənilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı qarşıya çıxan problemlərdən, çətinliklərdən və onların aradan qaldırılması yollarından da danışmış, tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər