Şriftin ölçüsü :

Saytın rəngi :

«Milli Mətbuat Günü» qeyd olundu

21 iyul 2017 | 16:00

İyulun 21-də Milli Mətbuat Günü münasibətilə rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi və «Suqovuşan» qəzeti redaksiyasının əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq  peşə bayramı münasibətilə «Suqovuşan» qəzetinin kollektivini təbrik etmiş, xoş arzularını çatdırmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyev mətbuata, jurnalistlərə daim diqqət və qayğı göstərmişdir. Bu ənənə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Jurnalistlərin mənzil şəraiti yaxşılaşdırılır, onların sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi  tədbirlər görülür.
Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva tədbirdə çıxış etmişdir. «Suqovuşan» qəzetinin baş redaktoru Namizəd Əliyev çıxış edərək vurğulamışdır ki, bundan sonra da üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, qəzetdə maraqlı, dolğun yazılarla çıxış edəcəyik. Baş redaktor eyni zamanda qəzetin maliyyə sarıdan çətinlik çəkdiyini, bir sıra idarə, müəssisə və təşkilatların  abunə yazılışına laqeydlik göstərdiklərini bildirmişdir.
Qəzetin əməkdaşları Elçin Nəsibov və Sənubər Qarayeva da tədbirdə çıxış etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov səmərəli fəaliyyətinə görə qəzetin baş redaktoru Namizəd Əliyevə Fəxri fərman və qiymətli hədiyyə təqdim etmişdir.

Keçidlər