Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Sabirabadda vətəndaşları qəbul etmişdir

30 may 2017 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbuluna uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 30-da şəhərimizdəki Heydər Əliyev Mərkəzində Neftçala, Biləsuvar, Cəbrayıl, Saatlı, Salyan, Hacıqabul, Sabirabad rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul etmişdir. Qəbulda erkən nikah və boşanmalardan yaranan problemlər, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, uşaq hüquqlarının müdafiəsi, məişət zorkılığına məruzqalma və digər məsələlərə baxılmışdır. Qəbulda iştirak vətəndaşlar fərdi qaydada dinlənilmişdir. Komitənin səlahiyyətlərinə aid məsələlərə dair   müraciətlər müvafiq struktur bölmələrin məsul işçilərinin iştirakı ilə araşdırılmışdır.
Komitə sədri Hicran xanım Hüseynova həmçinin rayonun bir qrup fəal qadını ilə görüşmüşdür.

 

 

Keçidlər