Şriftin ölçüsü :

Saytın rəngi :

«İdeyanı biznesə çevir» mövzusunda tədbir keçirilmişdir.

24 may 2017 | 02:00

Mayın 23-də YAP rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası «Bizim Nəsil» Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi «İdeyanı biznesə cevir»-gənclərin kənd təsərrüfatı sahəsində sahibkarlıq təşəbbüslərinin artırılması» mövzusunda tədbir keçirmişdir.
Adı çəkilən birliyin sədri Nurəddin Mehdiyev və layihənin eksperti Orxan Şahbaz mövzu ilə bağlı tədbir iştirakçıları qarşısında çıxış etmişlər.
Açıq diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.

Keçidlər