Şriftin ölçüsü :

Saytın rəngi :

«H» kanalının birinci hissəsi istifadəyə verilmişdir

17 may 2017 | 16:00

Mayın 17-də Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə çəkilən 30 kilometr uzunluğunda «H» kanalının birinci hissəsinin açılış mərasimi keçirilmişdir.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov açaraq bildirmişdir ki, ölkə başçısının tapşırığına əsasən rayonun Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı və Əliləmbəyli kəndlərinin su təminatının yaxşılaşdırılması üçün uzunluğu 30 kilometrə yaxın olan «H» kanalının birinci hissəsinin tikintisi başa çatdırılmışdır. Layihənin başa çatması 11 min 498 hektar sahənin su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaqdır. Bu unikal bir layihədir. Bunun üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin birinci müavini Məmmədsadıq Quliyev, həmin qurumun sədr müavini Zakir Quliyev, Milli Məclisin deputatı Rüstəm Xəlilov, «Muğansutikinti» ASC-nin sədri Vaqif Qurbanov çıxış edərək mühüm hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, onlara bol ruzi- bərəkət arzulamışlar.
Kənd sakinlərindən Ərəstun Ağayev, Dilavər Əsədov, Dünyamalı Fərəcov və başqaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə, habelə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə ölkə Prezidentinə müraciət ünvanlanmışdır.
Mərasim iştirakçılarının alqış sədaları altında açılışı bildirən düymə işə salınmışdır.

Keçidlər