Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5 illik hesabatı

15 dekabr 2016 | 16:00

Dekabrın 15-də rayon Mədəniyyət evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 5 illik yubileyi münasibətilə 13 rayonu təmsil edən gənclərin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirə Sabirabad, Saatlı, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir, Xocavənd, İmişli, Füzuli, Ağcabədi, Cəbrayıl rayonlarının və Şirvan şəhərinin gənclər və idman idarələrinin rəisləri, habelə həmin bölgələri təmsil edən fəal gənclər qatılmışlar.
Tədbirdən öncə iştirakçılar şəhərimizin Mərkəzi meydanındakı ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Nazim İsmayılov ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan, bu ənənənin  ümummilli liderin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla aparıldığını vurğulamışdır. O eyni zamanda ölkə Prezidentinin təşəbbüsü ilə yaradılmış Gənclər Fondunun kollektivini 5 illik yubileyi münasibətilə təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.
Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev bu qurumun 5 illik fəaliyyəti barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, bu il avqustun 19-da Sabirabad rayonunda ilk dəfə keçirilmiş «Qarpız festivalı» da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutmuşdur.
Həmin qurumun sektor müdiri Vüsalə Niftəliyeva Gənclər Fondunun beynəlxalq və respublika səviyyəsində həyata keçirilən tədbirlərindən danışmışdır. Bildirmişdir ki, ötən müddət ərzində 3341 layihə Gənclər Fondu tərəfindən dəstəklənərək reallaşdırılmışdır.
Sabirabad, Xocavənd  rayonları  Gənclər və İdman İdarələrinin rəisləri Nadir Quliyev, Aslan Quliyev, Hacıqabul, Beyləqan, Sabirabad rayonlarından layihədə qalib gələn Xalid Rəcəbli, Mürsəl Behbudlu, Murad Həsənli çıxış edərək öz fəaliyyətlərindən danışmış, Gənclər Fonduna uğurlar arzulamışlar.
Tədbirdə bir qrup gənc təkliflərlə çıxış etmişdir.

Keçidlər