Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda dövlət müstəqilliyinin bərpasının ildönümü qeyd edilmişdir

17 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikasının Dövlət Müstəqiliyi günü münasibətilə 17 oktyabr 2016-ci il tarixdə Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirdən əvvəl mərkəzi meydanda Ulu öndərin abidəsi ziyarət olunmuş, qarşısına tər güllər düzülmüşdür.
Sonra tədbir İştirakçıları Mərkəzdə ekspozisiya zalında xalqımızın Ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu ilə tanış olmuşlar. Tədbirin rəsmi hissəsində Sabirabad rayon İcra hakimiyyətinin başçısı Nazim İsmayılov geniş məruzə ilə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, inkişaf etdirmək, möhkəmləndirmək Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olduğundan, dahi rəhbərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqının birliyini təmin edərək müstəqilliyini itirmək təhlükəsində olan dövlətimizi xilas etməsindən, ölkəmizin dinamik inkişafı istiqamətində gördüyü işlərdən ətraflı söhbət açdı. Natiq bu gün Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycanının dövlət müstəqilliyinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əbədi, dönməz və sarsılmaz olduğunu xüsusi vurğuladı.

Keçidlər