Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər maarifləndirilir

03 avqust 2016 | 16:00

Avqustun 3-də Heydər Əliyev Mərkəzində «Gənclərin vətəndaş cəmiyyətinin təşəkkülündə iştirakı» mövzusunda seminar keçirilmişdir.
«Demokratiyanı öyrənmə» İctimai Birliyinin sədri Mirəli Hüseynov, ekspert Vüqar Hüseynov «Azərbaycanın regionlarında gənclərin səriştələrinin artırılması» mövzusunda məruzə ilə tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Natiqlər vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin anlayışı və mahiyyəti, vətəndaş cəmiyyətinin təşəkkülündə vətəndaşların məsuliyyəti, QHT-lərin vətəndaş cəmiyyətində əhəmiyyəti, QHT-lərin təşkili və fəaliyyətinin əsas xüsusiyyətləri barədə ətraflı danışmışlar.
Mövzu ətrafında gənclər  çıxış edərək  öz fikir və mülahizələrini bildirmişlər. Tədbirdə gənclərlə  gələcək əməkdaşlıq imkanları da müzakirə edilmişdir.
Tədbir  iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Həsən Həsənov iştirak və çıxış etmişdir.

Keçidlər