Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş ictimai dinləmələr keçirilmişdir

18 iyun 2016 | 16:00

18 iyun 2016-cı il tarixdə Sabirabad şəhərinin Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovanın iştirakı ilə «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın icrası vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş ictimai dinləmələr keçirilmişdir. Tədbirə rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının məsul işçiləri, idarə və müəssisələrin kollektivləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur.  Yığıncaq iştirakçıları qarşısında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çııxış etmişdir. O qeyd etmişdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına Ulu Öndər Heydər Əliyev xüsusi diqqət göstərmişdir. İnsan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında Ümummilli lider Heydər Əliyevin  22 fevral 1998-ci ildə imzaladığı «İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nı xüsusilə qeyd etmək lazımdır. Görülmüş işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 27 dekabr 2011-ci il tarixdə  “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində  Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir.
Natiq Sabirabad rayonunun sosial-iqtisadi inkişafından danışaraq vurğulamışdır ki,  digər bölgələr kimi Sabirabad rayonu da möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 5 il öncə Kür və Araz çaylarının yaratdığı təbii fəlakət zamanı rayon sakinlərinə bütün zəruri köməkliyin göstərilməsi təmin edilmişdir. Çox qətiyyətlə deyərdim ki, məhz Prezidentin fədakarlığı sayəsində insan itkisi olmadan fəlakətin qarşısı mətinliklə alınmışdır. Dövlət rəhbərinin rayonumuza birbaşa diqqətinin nəticəsidir ki, fəlakətin törətdiyi dağıntıların nəticələri qısa bir müddətdə aradan qaldırılmış, rayon üzrə 2000-dən çox ev tikilmiş, 77 fərdi yaşayış evindən ibarət yeni qəsəbə salınmış, təbii fəlakətdən ziyan çəkən əhaliyə 20 milyon manatdan artıq müxtəlif təyinatlı kompensasiya verilmişdir.
Cənab İlham Əliyev Prezidentliyi dövründə rayonumuza 6 səfər etmiş, hər gəlişi rayonun inkişafına böyük təkan vermişdir. Dövlət başçısı son 5 ildə rayonumuzla bağlı 11 sərəncam imzalamışdır.
Rayonumuzda görülmüş bütün işlər eyni zamanda burada yaşayan insanların hüquq və azadlıqlarına xidmət edir. Ölkəmizin hər yerində olduğu kimi Sabirabad rayonunda da insanların konstitusiyamızda təsbit edilmiş sağlam yaşamaq, təhsil almaq, əmək, istirahət, sosial təminat, müraciət etmək və başqa hüquqlarının həyata keçirilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Görülən işlərin hamısı insanların həyat səviyyəsinin və yaşayış şəraitinin yaxşılaşdırılmasına, mənalı isirahətlərinin təşkilinə yönəldilib.
Əhalinin sosial cəhətdən zəif qruplarına mənsub olan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlərin səmərəliliyi artırılmış,  pensiya təminatı yaxşılaşdırılmışdır. Aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı əmin olduğunu bildirmişdir ki, Sabirabad rayonunda insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə bağlı bundan sonra da müvafiq işlər davam etdirilməklə ölkə Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanova tədbir iştirakçıları qarşısında Milli Fəaliyyət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, Milli fəaliyyət Proqramında qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli müdafiəsi, dövlət orqanlarının işinin təkmilləşdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi istiqamətlərində mühüm vəzifələr təsbit olunmuşdur. Proqramda fikir, söz və ifadə azadlığının, mül¬kiyyət və müraciət etmək hüququnun, uşaqların, qadınların, ahılların, əlil¬liyi olan şəxslərin, məhkumların və əhalinin digər qruplarının hüquqlarının daha səmə¬rəli təmin olunmasına yönəlmiş vəzifələr nəzərdə tutulmuşdur. Bölgələrdə ombudsman tərəfindən keçirilən ictimai dinləmələrin əhəmiyyətini qeyd edərək dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycanda sosial-iqtisadi və digər sahələrdə inkişafın davam etdiyi, insan hüquqlarının müdafiəsinin dövlətin diqqətində olan prioritet məsələlərdən olduğu vurğulanmışdır. Eyni zamanda dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə son illərdə 61 əfv sərəncamının və 11 amnistiya aktının qəbul olunduğu, sonuncu amnistiyanın 10 000 məhkuma şamil edildiyi, 3500 məhkumun azadlığa çıxması diqqətə çatdırılmışdır.
İctimai dinləmələrdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev, rayon prokuroru əvəzi Ramil Ədilov, Sabirabad məhkəməsinin sədri Malik Qarayev hesabat vermişlər. İctimai dinləmələrdə Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, Qaratəpə kənd ümumi orta məktəbin direktoru Məleykə Ağayeva, N.Nərimanov adına 2 saylı şəhər beynəlmiləl  məktəb-liseyin müəllimi Əli Ələsgərov, mədəniyyət işçisi  Əsmayə Davıdova müxtəlif təkliflərlə çıxış etmişlər.
Tədbirdən sonra İnsan Hüquqları üzrə Müvəkkil müraciət əsasında təkbətək vətəndaş qəbulu da keçirmişdir.

Keçidlər