Şriftin ölçüsü :

Saytın rəngi :

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Sabirabad rayon sakinləri ilə görüşü

13 oktyabr 2014 | 15:00

      Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Kamal Abdullayev oktyabrın 13-də Heydər Əliyev Mərkəzində  olmuş, rayonumuzun ziyalıları, din xadimləri və ağsaqqalları ilə görüş keçirmişdir. Tədbirdə Prezident Administrasiyasının nümayəndəsi Dəyanət Abdullayev, rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov iştirak etmişlər.
     Tədbir iştirakçıları öncə şəhərimizin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ulu öndərə dərin ehtiramlarını bildirmişlər.
İclası giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq qonaqları salamlamışdır.
   Dövlət müşaviri Kamal Abdullayev xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrdən, multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışmışdır.
     Natiq eyni zamanda ölkəmizdə onlarca millətin nümayəndələrinin dost və qardaş kimi yaşaması üçün hüquqi baxımdan bərabər imkanların mövcudluğundan, Azərbaycan cəmiyyətində təkcə iqtisadi və sosial cəhətdən deyil, eyni zamanda mənəvi, intellektual baxımdan da inkişafı üçün dövlətin həyata keçirdiyi siyasətin bu gün uğurlu nəticələri olduğunu bildirmişdir. Kamal Abdullayev bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanları ilə Azərbaycan Respublikası Prezidenti  yanında Bilik  Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin  yaradılmasını diqqətə çatdırmışdır. Eyni zamanda Dövlət müşaviri ölkəmizdə dövlət-din münasibətlərinin prioritet istiqamətləri, milli-mənəvi dəyərlərin, tolerantlığın qorunub saxlanılması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində həyata keçiriləcək layihələrdən danışmışdır.
    Görüşdə dini-ideoloji təsirlərə, təriqət və cərəyanlara qarşı mübarizənin zəruriliyi vurğulanmış, zəngin multikultural ənənələrin qorunub saxlanması və inkişafı,  azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətinin mahiyyəti ətraflı şəkildə izah edilmişdir. Xüsusən gənc nəslin milli-mənəvi dəyərlər və Vətənə sədaqət ruhunda tərbiyə olunmasında məscidlərin roluna və din  xadimlərinin üzərinə düşən vəzifələrə diqqət yönəldilmişdir. Qeyd olunmuşdur ki, məscidlər təkcə ibadət məkanı deyil, həmçinin mədəniyyət ocağı olmalı, burada dini kitablarla yanaşı, dünyəvi kitablar da saxlanılmalıdır.
    Görüşün sonunda Kamal Abdullayev tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.

Keçidlər