Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

2020-ci ilin yekunu

 

Ümumtəhsil məktəblərinin sayı: 85

                                       Şəhərdə: 9
                                           Kəndlərdə: 76

 

tam orta məktəblər: 65

                  şəhərdə: 8
                       kəndlərdə: 57

 

ümumi orta məktəblər: 15

                        şəhərdə: 1
                            kəndlərdə: 14

 

ibtidai məktəblər: 5

 

 

Rayon üzrə şagirdlərin sayı: 28298

Rayon üzrə müəllimlərin sayı: 2803

Rayon üzrə texniki işçilərin sayı: 1066

 

Məktəbdənkənar tərbiyə müəssisələrinin sayı: 1

Bu müəssisələrə cəlb olunmuş şagirdlərin sayı: 334

 

Sabirabad rayon Təhsil şöbəsinin binası 2009-cu ildə istifadəyə verilmişdir.

Son illərdə tikilən, təmir olunan və istifadəyə verilən məktəblər:

Axtaçı Muğan və Çığırğan kənd tam orta məktəbləri Heydər Əliyev Fondunun vəsaiti hesabına 2005-ci ildə tikilib istifadəyə verilmişdir. 

Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri 2011-ci ildə əsaslı təmir olunmuş və istifadəyə verilmişdir. Hər iki məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Ulacalı, Əsgərbəyli, Muradbəyli kənd tam orta məktəbləri 2011-ci ildə əsaslı təmir olunmuşdur.

Sabirabad şəhər 2 saylı uşaq bağçası əsaslı təmir edilmiş, Qasımbəyli kəndində qəza vəziyyətində olan  uşaq bağçası sökülərək yerində yeni müasir bağça binası tikilmişdir.

2012-ci ildə N.Gəncəvi adına 5 saylı şəhər, Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəblərində bərpa-gücləndirmə işləri başa çatdırılmışdır.

E.Nadirov adına 8 saylı şəhər tam orta məktəbi üçün 480 şagird yerlik, Yuxarı Axtaçı kənd tam orta məktəbi üçün 240 şagird yerlik, Nərimankənd kənd tam orta məktəbi üçün isə 480 şagird yerlik məktəb binaları tikilib istifadəyə verilmişdir.

2013-cü ildə M.Ə.Sabir adına 1 saylı tam orta məktəb tikilib istifadəyə verilmişdir. 29 avqust 2013-cü il tarixə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan tikinti işləri ilə tanış olmuşdur. Qaraağac, Kovlar, Xəlfəli kənd tam orta məktəbləri də əsaslı təmir edilmişdir. Qeyd olunan məktəblərin hamısı lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur. Nəriman Nərimanov adına 2 saylı beynəlmiləl məktəb-liseydə və Yastıqobu kənd ümumi orta məktəbində də  təmir işi aparılmışdır.

2014-cü ildə Səməd Vurğun adına 3 saylı şəhər  və 2 saylı Cavad kənd tam orta məktəblərinin dam örtüyü dəyişdirilmiş, fasad hissəsi təmir olunmuşdur. 460 şagird yerlik Çöl Beşdəli kənd tam orta məktəbi 2015 –ci ildə əsaslı təmir olunmuşdur.

2016-cı ildə Moranlı kənd tam orta məktəbi şagirdlərin istifadəsinə verilmişdir. 2018-ci ildə Yaxa Dəllək kənd tam orta məktəbi tikilib istifadəyə verilmişdir. Qaratəpə kənd tam orta məktəbi əsaslı, Bulaqlı kənd ümumi orta məktəbi isə cari təmir olunmuşdur. 2019-cu ildə rayonun Çığırğan kəndində modul tipli tam orta məktəb tikilmiş, Türkədi kənd tam orta məktəbinin tikinti işləri başa çatdırılmışdır.

2017-ci ildə Qəfərli kənd ibtidai məktəb üçün Təhsil nazirliyi tərəfindən 40 yerlik modul tipli məktəb tikilmişdir.

2020-ci ildə Nizami kənd tam orta məktəbin  binası  Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad şəhərində 3 saylı uşaq bağçasının yeni binası tikilmiş, 15 dekabr 2014-cü ildə 100 yerlik uşaq bağçasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.  2015-ci ildə Sabirabad şəhəri 1 saylı, Axısxa və  Çöl Beşdəli kənd uşaq bağçalarının da binalarında əsaslı təmir işi başa çatdırılmışdır. 2016-cı ildə Ulacalı kənd uşaq bağçasının yeni binası tikilmişdir. 2017-ci ildə Qaraağac kənd uşaq bağçasının binası əsaslı təmir edilmişdir.

 

Sabirabad Dövlət Sosial İqtisadi Kolleci


Kollec  Azərbaycan  Respublikası  Nazirlər  Sovetinin  02 mart  1984 – cü il tarixli  84 saylı qərarı ilə yaradılmış Sabirabad Kənd Təsərrüfatı texnikumunun bazasında yaradılmışdır.Azərbaycan kənd Təsərrüfatı Nazirliyi və Təhsil Nazirliyinin 06 avqust 2000 – ci il tarixli 828 saylı birgə əmrinə əsasən Kənd Təsərrüfatı nazirliyinin tabeliyində olan tədris müəssisələri Təhsil Nazirliyinin tabeliyinə keçmişdir. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  26 avqust 2002 – ci il tarixli 140 saylı qərarı ilə texnikumun adı dəyişilərək  Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci olmuşdur.  Kollecdə 6 fənn birləşmə komissiyasını özündə birləşdirən 48 nəfər  nəfər pedaqoji işçi çalışır. Ümumi işçilərin sayı 95 nəfərdir. Hazırda Kollecdə əyani və qiyabi şöbələr üzrə ümumilikdə 694 nəfər tələbə aşağıdakı ixtisaslar üzrə təhsil alırlar:

-aqranomluq

-mühasibat uçotu

-baytarlıq

-aqrar təsərrüfatın mexanikləşdirilməsi

-kompüter sistemi və kompleksləri

-bələdiyyə təsərrüfatının təşkili

-arxiv işi və kərguzarlıq

-kitabxana və informasiya təminatı

Burada ixtisasların tələbata uyğunlaşdırılması daim diqqət mərkəzində saxlanılır. Kollecin 9963 ədəd kitab fonduna malik kitabxanası vardır. Kitabxana yeni dərslik, dərs vəsaitləri, bədii ədəbiyyatla daim zənginləşir. Eyni zamanda kollecdə müasir dövrün tələblərinə cavab verən oxu zalı tələbə və müəllimlərin istifadəsinə verilmişdir. Kollecdə dərs otaqlarının əyaniliklə zənginləşdirilməsi, təmir-bərpa işləri müntəzəm aparılır.

 

Sabirabad Peşə Liseyi


Sabirabad Peşə liseyi 1974-cü ildə orta texniki peşə məktəbi kimi fəaliyyətə başlamış, 1996-cı ildə ona lisey statusu verilmişdir. Lisey 6,6 hektar ərazidə yerləşir, 1 tədris, 2 yataqxana binası vardır.
Liseydə 250 nəfər şagird təhsil alır. 
7 ixtisas qrupu vardır:  

-traktorçu-maşinist, təmirçi-çilingər

-kənd təsərrüfatı maşın və avdanlıqlarının təmiri üzrə çilingər

-dərzi

-əl elektrik qaynaqçısı

-kompüter ustası

-pambıqçı
Şagirdlərin təlim-tərbiyəsi və ixtisas hazırlığı ilə 38 nəfər işçi, o cümlədən 24 müəllim, 14 istehsalat təlimi ustası məşğuldur. Peşə liseyində 21 fənn kabineti yaradılmışdır.

Keçidlər