Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Sabirabadda ağacəkmə aksiyası keçirilib

11 noyabr 2022 | 12:00

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Respublikanın bütün rayonlarında olduğu kimi Sabirabad rayonunda da ağacəkmə aksiyası keçirildi.

Aksiyada Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının, rayonun idarə və müəssisələrin nümayəndələri, ərazi partiya təşkilat sədrləri və çoxsaylı partiya fəalları iştirak etdilər.

Sabirabad Rayon İcra Hakimiyyətinin və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Horadiz maqistral avtomobil yolunun Bulaqlı kəndi ərazisindən keçən hissəsində keçirilmiş ağacəkmə aksiyasında yol kənarına 500-dən artıq müxtəlif növ ağaclar əkilmişdir.  

Keçidlər