Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sabirabadda ümumrayon iməcliyi keçirilmişdir

27 aprel 2024 | 15:46

2024-ci ildə ölkəmizdə keçiriləcək COP29 dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini təsdiqləyir. 2024-ci ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili” edilməsi də məhz buna bariz nümunədir.

Ölkəmizin hər bir yerində olduğu kimi Sabirabadda da "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər həyata keçirilir. Keçirilən aksiya və iməcliklərdə yeni ağac tingləri əkilir və yaşıllıq zolaqlarına qulluq göstərilərək qorunub saxlanılması təmin edilir. Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən ümumrayon imcəliyi də COP29-un ölkəmizdə keçiriləcəyi və​ "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub.​ ​

İməclikdə rayonun idarə, müəssisə, təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Sabirabad şəhərinin girişində yeni ağac tingləri əkilib, həmçinin yaşıllıq zolaqlarına aqrotexniki quıluq göstərilib. İməclik şəhər mərkəzi ilə yanaşı rayon ərazisindən keçən magistral yolların kənarlarında da həyata keçirilib. Sabirabad şəhərininn Heydər Əliyev prospekti, Muğan prospekti​, həmçinin digər küçə və prospektlərdə​ təmizlik və abadlıq işləri aparılması üçün​ canlı qüvə ilə bərabər ərazilərə texnikalar da cəlb edilmişdir.

İməcliyin​ təşkil edilməsində əsas məqsəd ölkəmizdə ətraf mühitin, meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlamaqdır. Həmçinin rayon ərazisində yaşıllıqların genişləndirilməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.

Qeyd edək ki, ümumrayon iməcliyində 500 nəfərdən çox sakin iştirak etmiş, bu işlərə 20-ə yaxın texnika cəlb olunmuşdur.

Təkcə 2024-ci ildə rayonda təşkil edilən imcəlik və ağacəkmə aksiyalarında 9 mindən çox müxtəlif növ ağaclar əkilərək yeni yaşıllıq zolaqları salınıb və mövsümə uyğun olaraq işlərin davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər