“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sabirabadda “təmiz əkinçilik“ təcrübəsinin inkişafının dəstəklənməsi mövzusunda maarifləndirici tədbir keçirildi
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində fermerlər arasında kənd təsərrüfatında zərərli pestisidlərdən istifadənin azaldılması və torpaqların mühafizəsi üçün “təmiz əkinçilik“ təcrübəsinin inkişafının dəstəklənməsi mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, “təmiz əkinçilik“ təcrübəsinin inkişaf etdirilməsi, ətraf mühitə minimal zərərli təsir və onun ilkin vəziyyətinin bərpası barədə məlumat verdi.
Mövzu ətrafında Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində çalışan işçilərin çıxışları dinlənildi. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.