Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sabirabadda Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi mövzusunda dəyirmi masa keçirilib

19 aprel 2024 | 13:00

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 19 aprel 2024-cü il tarixində Sabirabad Heydər Əliyev Mərkəzində rayonun idarə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, ictimaiyyətin və gənclərin nümayəndələrinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilib. Son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib. Dövlət siyasətinin vacib istiqamətlərindən biri olan ekoloji mühitin qorunması və vəziyyətinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin artırılması, ölkədə sanitariya mədəniyyətinin yüksəldilməsi və s. məsələlər diqqət mərkəzində saxlanılır və bu istiqamətdə olduqca böyük işlər görüldüyü barədə məlumat verib.

Tədbirdə çıxış edənlər cəmiyyətimizin nümayəndələri şair və yazıçılarımızın əsərlərinə müraciət  etmələri, poeziyanın ekoloji  tərbiyədə rolu qeyd edilib. Bu baxımdan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Nizami Gəncəvi, Səməd Vurğun, Əhməd Cavad, Məmməd Araz, İsa Hüseynov, Hüseyn Arifin  və digər yazıçılarımızın yaradıcılığında bu məsələyə münasibəti araşdırıb, onu təqdim etməyin vacibliyi vurğulanıb.

Sonda Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev adına istrahət parkında ağacəkmə aksiyası təşkil olunub.

Keçidlər