“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sabirabad rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir
20 noyabr 2024 | 15:25
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə mötəbər tədbirlərin həyata keçirilməsi ilə əlaqədar yaşıllaşdırma işlərinin aparılması məqsədilə 20 noyabr 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sabirabad Rayon İcra Hakimiyyətinin və 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Qaratəpə, Nizami, Çöl Beşdəli, Qaragüney, Cavad və Kürkəndi kəndlərinin ərazisində yol kənarında 1500 ədəd iydə ağacı əkilmişdir.
Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülmüşdür.