Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyev Sabirabad rayonunda böyük ehtiramla anılmışdır

12 dekabr 2023 | 13:05

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Hər il Ulu Öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Ümummilli Liderimizin əziz xatirəsi Sabirabad rayonunda da böyük ehtiramla yad edilir, bu münasibətlə silsilə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.

Dekabrın 12-də Sabirabad rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününün 20-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ağsaqqallar, müharibə və əmək veteranları, tələbələr, məktəblilər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, minlərlə rayon sakini Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını ifadə ediblər.

Keçidlər