Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabirabad rayonunda müxtəlif ölçülərdə poster və bannerlər yerləşdirilmişdir

16 mart 2026 | 15:19

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı il ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm bir mərhələdir. Bu il ərzində Sabirabad rayonunda müxtəlif tədbirlərin görülməsi nəzərdə tutulub və görüləcək işlərlə bağlı tədbirlər planı tərtib olunmuş və artıq tədbirlərin icrasına başlanılmışdır.

Tədbirlər planına uyğun olaraq “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun Sabirabad rayonunun Bulaqlı kəndindən keçən hissəsində müxtəlif ölçülərdə poster və bannerlər yerləşdirilmişdir.

Eyni zamanda rayon ərazisində rəqəmli bilbordlarda və monitorlarda müvafiq videoçarxlar nümayiş etdirilir.

Keçidlər