“Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində Sabirabad rayonunda əhali üçün tibbi maarifləndirmə ilə bağlı təlim keçirilib
Sabirabad rayon Bayraq Muzeyində "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" Publik Hüquqi Şəxsin maliyyə dəstəyi, Sabirabad Rayon İcra Hakimiyyəti və “Pediatrik Kardiologiya və Revmatologiya" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sağlamlıq üçün tibbi təfəkkürün inkişafı” layihəsi çərçivəsində Sabirabad rayonunda əhali üçün tibbi maarifləndirmə ilə bağlı təlim keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva və 25 rayon sakini iştirak edib.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlamış, mövzunun əhəmiyyəti barədə çıxış etmişdir.
Daha sonra “Pediatrik Kardiologiya və Revmatologiya” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva çıxış etmiş layihə barədə ətraflı məlumat vermiş və tədbir iştirakçılarına 15 sualdan ibarət tibbi maarifləndirici test vərəqi paylanılmışdır. Ümumiyyətlə, layihədə irəli sürülmüş ideya, insanların sağlamlıq məsələləri ilə bağlı məlumatlandırılması işi auditoriyanın böyük marağına səbəb oldu. Təlimçi çıxış etməklə bərabər auditoriyanın suallarını cavablandırdı.
Tədbirin sonunda testin nəticələri elan olunması ilə iştirakçılar öz sağlamlıq durumu haqqında məlumat əldə etdilər. İştirakçılara sağlamlıq durumu və tibbi təfəkkürün inkişafı ilə bağlı tövsiyələr edildi. Həmçinin tədbir iştirakçılarına əlavə test vərəqələri sonradan verildi ki, onlar da yaxınlarını, ailə üzvlərini, iş yoldaşlarını və digər şəxsləri tibbi test yoxlaşına cəlb etsinlər. Bu vasitə ilə yalnız tədbir iştirakçılarını deyil, digər insanların da sağlamlıq üçün tibbi təfəkkürünün inkişafına dəstək göstərmiş olunacaq.






