Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirildi

08 noyabr 2022 | 12:40

8 Noyabr - Zəfər Günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə təntənəli ümumrayon tədbiri təşkil olunub.

Sabirabad rayonun mərkəzi meydanında təşkil olunan tədbirdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, müharibə əlilləri, Vətən Müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Öncə 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək, 44 gün davam edən və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirmiş, Respublikamızda qeyd olunan “8 Noyabr – Zəfər Günü”nün tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı qələbədən danışıb, Azərbaycan xalqının öz qəhrəmanları ilə daim fəxr etdiyini vurğulayıb.

Tədbirin bədii hissəsində vətənpərlik mövzusunda şeirlər səsləndirilib, Sabirabad rayon Mədəniyyət Mərkəzi və Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin birgə təşkil etdiyi konsert proqramı nümayiş olunub.

Keçidlər