Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Zəfər Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir

08 noyabr 2024 | 20:00

Sabirabad rayonun mərkəzi meydanında təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Öncə 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, 44 gün davam edən və əzəli torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsinin Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirmiş, Respublikamızda qeyd olunan “8 Noyabr – Zəfər Günü”nün tarixi əhəmiyyətindən, 44 günlük Vətən Müharibəsində əldə olunmuş şanlı qələbədən danışıb, Azərbaycan xalqının öz qəhrəmanları ilə daim fəxr etdiyini vurğulayıb.

Tədbirin bədii hissəsində rayonumuzun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən bayram konserti sabirabadlılar tərəfindən böyük coşğu ilə qarşılanıb. Sonadək izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub. Həmçinin “Axısxa Halay Türk Folklor” rəqs qrupu rəqs nümunələri təqdim etmişdir.

Konsert proqramının sonunda təşkil olunan atəşfəşanlıq mənzərəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

Keçidlər