Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Yuğ Dövlət Teatrının təqdimatında “Toy dəstgahı” tamaşası nümayiş olunub

23 oktyabr 2023 | 14:06

Mədəniyyət Nazirliyinin dəstəyi ilə regionlara teatrların qastrol səfərlərinin təşkili çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycan peşəkar Milli Teatrının 150 illik yubileyi münasibətilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Yuğ Dövlət Teatrının təqdimatında “Toy dəstgahı” tamaşası nümayiş olunub.

Görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanan tamaşaya rejissor Günay Səttar tərəfindən quruluş verilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əmək kollektivləri, mədəniyyət işçiləri, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər