Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Yetkinlik yaşına çatmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə verilən yaşama icazələri, tənzimlənməyən vəziyyətdə olan miqrantların leqallaşdırlması prosedurları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

05 noyabr 2024 | 16:02

05 noyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə verilən yaşama icazələri, tənzimlənməyən vəziyyətdə olan miqrantların leqallaşdırlması prosedurları” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Şirvan Regional Miqrasiya İdarəsinin xidməti müşaviri, rəis Şəmsəddin Məmmədov, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil ocaqlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq Dövlət Miqrasiya Xidməti tərəfindən respublikanın regionlarında müntəzəm olaraq təşkil edilən maarifləndirmə tədbirlərinin ictimaiyyətin, 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlanıdırlması işinə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Sonra Şirvan Regional Miqrasiya İdarəsinin xidməti müşaviri, rəis Şəmsəddin Məmmədov geniş məruzə ilə çıxış edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər