Sabirabadda yerləşən N saylı hərbi hissədə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə və ətraf mühitin qorunmasına dair tədbir keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının və Sabirabad rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin qorunmasına dair Sabirabad rayonunda yerləşən N saylı hərbi hissədə “Ekologiya və ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə öncə vətən uğrundan canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Keçirilən tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının əməkdaşı Mirqiyam Məmmədov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov və digər qonaqlar çıxış edərək Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə müasir Silahlı Qüvvələrin yaranması, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən ordu quruculuğundan və rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunmasından ətraflı məlumat vermişlər.
Daha sonra Sabirabad rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış müxtəlif musiqi nömrələri səsləndirilmiş, gənc əsgərlər rəqsə dəvət edilmişlər.