Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda yeniyetmə və gənclər arasında sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirici tədbir keçirilib

13 fevral 2025 | 16:00

Sabirabad Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 13 fevral 2025-ci il tarixində Əsədli kənd tam orta məktəbində şagirdlərin və valideynlərin iştirakı ilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması istiqamətində maarifləndirici tədbir keçirilib.

Tədbirdə ekspertlər tərəfindən iştirakçılara sağlam həyat tərzinin qaydaları barədə ətraflı məlumat verilib, zərərli vərdişlərin fəsadlarından bəhs edilib, onlara gigiyenik qaydalara əməl etmək, düzgün qidalanmaq, fiziki cəhətdən fəal həyat sürmək, idmanla məşğul olmaq tövsiyə edilib.

Tədbirdə mövzu ilə bağlı təqdimat nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər