Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Yel çərşənbəsi qeyd olunub

11 mart 2025 | 17:35

Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad şəhəri “Sabir” bağında Novruzun üçüncü çərşənbəsi olan “Yel çərşənbəsi” münasibətilə açıq havada bayram tədbiri keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad rayon təşkilatının, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəhbər heyəti və əməkdaşları, rayon sakinləri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Sabirabad rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiylə tanış olub, daha sonra Novruz bayramına aid milli adət-ənənələrimizi özündə əks etdirən nümunələrə və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyinə məxsus eksponatlarına baxış keçiriblər.

Tədbirin konsert hissəsində Sabirabad rayon Əhmədabad kənd Folklor evinin nəzdində fəaliyyət göstərən Axısxa Halay-Türk Folklor rəqs kollekivi müxtəlif rəqs nümunələri ilə çıxış edib, eyni zamanda Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdlərinin və rayonun incəsənət nümayəndələrinin təqdimatında bayram ab-havasını əks etdirən müxtəlif musiqi nömrələri səsləndirilib.

Keçidlər