Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə keçirilmişdir

23 dekabr 2024 | 17:25

Sabirabad Rayon İcra Hakimiyyətinin akt zalında rayonda yaz-tarla işlərinə hazırlıq vəziyyətinə dair müşavirə keçirilib. Müşavirədə RİHB aparatının məsul işçiləri, ərazi nümayəndələri, aidiyyəti idarə və müəssisə rəhbərləri, sahibkarlar, SİB sədrləri iştirak edib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov müşavirəni giriş sözü ilə açaraq rayonumuzda kənd təsərrüfatının mövcud durumundan, bu sahədə əldə edilən nailiyyətlərdən və qarşıda duran vəzifələrdən söz açıb. Qeyd edib ki, müşavirə rayonumuzda kənd təsərrüfatı işlərinin gedişi, bu sahənin inkişafı ilə əlaqədar mövcud vəziyyətin öyrənilməsi məqsədilə keçirilir. Həmçinin rayon rəhbəri qeyd etmişdir ki, sudan səmərəli və itkisiz istifadə olunması üçün mühüm işlər görülməlidir. Bu istiqamətdə Sudan İstifadə Birlikləri də öz fəaliyyətlərinə yenidən baxmalı, buraxılmış səhvlər aradan qaldırılmalı, birliklər günün tələbləri səviyyəsində işləməlidir. Həmçinin qeyd olunmuşdur ki, əkin sahələrinin su ilə təmin olunması istiqamətində görülən ən mühüm işlərdən biri də su kanalları və arxlarının təmizlənməsi, yararlı hala salınmasıdır.

Sonra çıxış edənlər əkinlərin su ilə tam təmin olunması məqsədilə görülən işlər barədə tədbir iştirakçılarına məlumat vermiş, SİB-lər tərəfindən vaxtında su pullarının yığılmasının vacibliyi vurğulanıb.

Sonda SİB sədirləri öz çıxışlarında fəaliyyətləri barədə danışaraq əkin sahələrinin su ilə təmin olunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Müşavirədə kənd təsərrüfatı sahəsində görülən işləri daha da sürətləndirmək məqsədilə işçi qrupunun yaradılması qərara alınmışdır.

Keçidlər