Sabirabadda “Yaşıl inkişaf“ göstəriciləri üzrə məlumatların toplanılması və hesabatların təkminləşdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirildi
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayon Statistika idarəsində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl inkişaf“ göstəriciləri üzrə məlumatların toplanılması və hesabatların təkminləşdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsinin vacibliyini vurğuladı.
Daha sonra rayon Sitatistika idarəsinin rəisi Fuad Məmmədov “Yaşıl inkişaf“ göstəriciləri üzrə məlumatların toplanılması və hesabatların təkminləşdirilməsi ilə bağlı məlumat verdi.
Mövzu ətrafında Sabirabad rayon Statistika idarəsində çalışan işçilərin çıxışları dinlənildi. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.