Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Yaşıl dünya naminə həmrəylik ili“ və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı həyata keçirilən tədbirlər arasında əlaqələndirmənin təmin edilməsi ilə bağlı maarifləndirici tədbir keçirildi

21 avqust 2024 | 14:34

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Elektrik şəbəkəsinin inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili“ və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı həyata keçirilən tədbirlər arasında əlaqələndirmənin təmin edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad RİH-nin məsul şəxsləri, rayon Elektrik şəbəkəsinin işçiləri iştirak etmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək bildirmişdir ki, COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Tərəflər deyəndə Konvensiyaya üzv olan 198 ölkə nəzərdə tutulur. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi bizim üçün şərəf olduğunu vurğulamışdır. 

Daha sonra digər çıxışçılar ekoloji tarazlıq, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti və sair mövzularda məlumatlar verilib, mövzular ətrafında verilən suallar cavablandırılıb.

Keçidlər