Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl rəng, Yaşıl həyat uğrunda mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi

22 may 2024 | 13:58

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mil-Muğan Regional Təhsil İdarəsinin inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl rəng, Yaşıl həyat uğrunda mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması, inkişafın təmin edilməsi, ətraf mühitə minimal zərərli təsir və onun ilkin vəziyyətinin bərpası barədə məlumat verdi.

Daha sonra Mil-Muğan Regional Təsil İdarəsinin müdir müavini Rabil Şahbazov çıxışında məktəblilərin təhsil müəssisələrinin ərazisində yaşıllaşdırma işlərinə təşviq olunması və bu cür tədbirlərin təşkili də məqsədəuyğunluğu, şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii  sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra bilməsini qeyd etmişdir.

Mövzu ətrafında rayonun ümumtəhsil təhsil müəssisələrində çalışan müəllimlərin çıxışları dinlənildi. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər