Sabirabadda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və alternativ su mənbələrinin yaradılması ilə əlaqədar tədbir keçirilib
“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 20 fevral 2024-cü il tarixli 24 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 4.4-cü bəndinin icrası ilə bağlı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi mövzusunda Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayon Suvarma Sistemləri İdarəsində maarifləndirici tədbir keçirilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun rəhbərliyi ilə keçirilən tədbirdə iştirak edən Sabirabad rayon Suvarma Sistemləri idarəsinin işçiləri, rayon ərazisində xidmət göstərən Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri və digər cavabdeh məsul şəxslər rayon ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, alternativ su mənbələrinin yaradılması, suya olan tələbatın ödənilməsi, rayonun yaşayış məntəqələri üzrə müəyyən edilmiş suvarma su rejiminə riayət olunması, suvarma suyunun əkin sahələrinə ədalətli bölünməsi, növbəlik prinsipinə əsasən verilməsi, su israfçılığının qarşısının alınması, suvarma qrafiklərinə uyğun su ilə təminatının həyata keçirilməsi istiqamətində bır sıra məsələlərə toxunaraq fikir və təkliflərini səsləndirdilər.
Eyni zamanda fermerlərlə Sudan İstifadəedənlər Birlikləri arasında sudan istifadə ilə bağlı su müqaviləsinin bağlaması, pambıq sahələrinə arat, taxıl sahələrinə vegetasiya suyunun verilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı, səsləndirilən təklif və iradlar nəzarətə götürüldü. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində zəruri addımların atılması, aidiyyəti təşkilatlar, cavabdeh şəxslər tərəfindən bu sahədə birgə əlaqəli işin aparılması, fermerlərin müraciətlərinə vaxtında adekvat cavab verilməsi istiqamətdə müvafiq tövsiyələr, tədbir iştirakçılarının nəzərinə çatdırıldı.