Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Ətraf mühiti qoru, onun qayğısına qal" mövzusunda maarifləndirici tədbir keçirilib

28 iyun 2024 | 14:51

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad Gənclər evinin birgə təşkilatçılığı ilə "Ətraf mühiti qoru, onun qayğısına qal" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Gənclər evinin direktoru Rəşad Qurbanov iştirak edib, dinləyicilərə ekologiya ilə bağlı əhəmiyyətli məsələləri çatdırıblar.

Daha sonra gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Keçidlər